Bazar ertəsi
Apr 27

Rusiyalı milyarderin yaxtası Hörmüz boğazından keçib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Rusiyalı milyarder Aleksey Mordaşova məxsus 142 metrlik "Nord" superyaxtası aprelin 25-nə keçən gecə Hörmüz boğazından keçib.

King.Az xəbər verir ki, bu barədə "Delovoy Peterburq" nəşri "Marinetraffic" xidmətinin məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, gəmi aprelin 24-də Dubay limanından çıxaraq Oman istiqamətinə yollanıb. Məlumata görə, beynəlxalq məhdudiyyətlərə baxmayaraq, yaxta boğazdan uğurla keçə bilib.

Bundan əvvəl isə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazından gizli keçməyə çalışan iki gəmini saxladığı bildirilmişdi.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.