Çərşənbə axşamı
Apr 08

Donald Trampla İlon Mask arasında ciddi fikir ayrılığı yaranıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən iş adamı İlon Mask Birləşmiş Ştatlar Prezidenti Donald Trampdan qarşılıqlı əsasda tətbiq etdiyi əlavə idxal rüsumlarına yenidən baxmağı xahiş edib.

King.Az xəbər verir ki, bu barədə "Washington Post" məlumat dərc edib.

Məlumata görə İ.Mask bu məsələdə heç nəyə nail ola bilməyib.

Qəzet yazır ki, iş adamının ABŞ administrasiyasının prioritet fəaliyyət sahələrindən biri ilə razılaşmaması prezidentlə onun əsas müşavirlərindən biri arasında ciddi fikir ayrılığına səbəb olub.

Belə ki, milyarder miqrant vizası və DOGE-nin dövlət xərclərinə yanaşması kimi məsələlərdə Vaşinqton administrasiyasının digər yüksəksəviyyəli rəsmiləri ilə razılaşmır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.