ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem bildirib ki, Minneapolisdə miqrasiya siyasətinə etiraz aksiyalarını dağıdan hüquq mühafizəçiləri bədən kameraları daşıyacaqlar.
King.Az TASS-a istinadən xəbər verir ki, bəyanat yanvarın 7-də və 24-də iki aksiyaçının ölümü fonunda səsləndirilib. Hadisələr ölkədə geniş ictimai rezonans yaradıb, demokratlar prezident Donald Tramp və onun ətrafını tənqid ediblər.
ABŞ mətbuatına görə, Ağ Ev daha yumşaq strategiya hazırlayıb, Tramp isə Noemi əməliyyatlardan uzaqlaşdırıb. Hadisə yerinə sərhəd nəzarəti üzrə Ağ Ev koordinatoru Tom Homan göndərilib, o, birbaşa prezident qarşısında hesabat verəcək.
Bundan əlavə, ABŞ Ədliyyə Nazirliyi sərhəd xidməti əməkdaşının atəş açması nəticəsində bir kişinin ölümü ilə bağlı insan hüquqlarının pozulması ehtimalını araşdırır.
Oxşar Mövzular
