Bazar ertəsi
Apr 13

Neft kəskin bahalaşdı - Qiymət 100 dolları keçdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Yaxın Şərqdəki gərginlik fonunda qlobal bazarda neft qiymətlərində kəskin bahalaşma müşahidə edilib.

King.Az xəbər verir ki, bu, ticarət məlumatlarından aydın olur.

Bakı vaxtı ilə saat 09:14-də Londonun ICE birjasında 2026-cı ilin iyun ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 6.92 dollar (7.27%) artaraq bir barel üçün 102.12 dollara çatıb.

Nyu-York Ticarət Birjasında (NYMEX) may ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti isə 8.16 ​​dollar (8.45%) artaraq bir barel üçün 104.73 dollar olub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.