Bazar
Apr 05

Məşhur aktyor "ən xoşbəxt ölkə"ni tərk edib Gürcüstana köçəcəyini açıqladı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Milli ovun özəllikləri" və "Böyük şəhərdə sevgi" filmlərindən tanınan finlandiyalı aktyor Ville Haapasalo ölkəsini tərk etmək qərarını açıqlayıb.

King.Az bu barədə fontanka.ru-ya istinadən xəbər verir.

Aktyor qeyd edib ki, bu qərar Finlandiyanın doqquzuncu dəfə ardıcıl olaraq dünyanın ən xoşbəxt ölkəsi seçilməsindən bir neçə həftə sonra qəbul edilib.

Onun Finlandiyanı tərk edəcəyi barədə məlumat əvvəllər sosial şəbəkələrdə yayılmışdı.

V.Haapasalo etiraf edib ki, bu addım üzərində bir neçə il düşünüb.

"Mən sadəcə başa düşə bilmirdim ki, niyə bu qədər uzun müddət açıq-aşkar olan bir şeylə mübarizə aparmışam. Mən bu mərhələni bitirmək və Gürcüstana köçmək istəyirəm", - deyə o qeyd edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.