Xorvatiyada bazar günü prezident seçkisinin ikinci turu keçirilir.
King.Az TASS-a istinadən xəbər verir ki, ölkə sakinləri daha beş il müddətinə öz dövlət başçısını seçəcəklər.
Xorvatiya Milli Seçki Komissiyasının məlumatına görə, bu seçkidə 3 milyon 769 min 598 seçici səs vermək hüququna malikdir, onlardan 251 min 170 nəfəri xaricdə səs verə biləcək. Səs vermək istəyənlər üçün 6755 seçki məntəqəsi açıq olacaq, onlardan 105-i 38 ölkədə olacaq.
Dövlət başçısı vəzifəsinə namizədlər hazırkı Prezident Zoran Milanoviç və keçmiş elm, təhsil və idman naziri Draqan Primoratsdır.

Oxşar Mövzular
Avropalıların azərbaycanlılar kimi yaşadığı şəhər
9-05-2025, 12:54
Türkiyənin turizm gəliri rekord həddə çatıb
31-01-2026, 16:35
Gündəlik Bürclər-(23.04.2026)
23-04-2026, 00:00