Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, onu dinləyə bilməsinlər deyə smartfondan istifadə etmir.
King.Az bu barədə "Öt" portalına istinadən xəbər verir.
"Salonda baş verənləri kimsənin dinləyə biləcəyi heç bir rabitə vasitəsi olmayan 27 baş nazir arasında yeganə mənəm", - deyə o qeyd edib. Baş nazirin sözlərinə görə, o, düyməli "Nokia" telefonundan istifadə edir.
V.Orban həmçinin "The Washington Post" nəşrində dərc olunan məlumatı da şərh edib. Həmin məlumatda Macarıstanın xarici işlər naziri Peter Siyartonun Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin iclasları zamanı fasilələrdə guya tez-tez rusiyalı həmkarı Sergey Lavrov ilə danışdığı iddia olunurdu.
"Onu informator olmaqda ittiham etdiklərini eşidəndə az qala gülməkdən öləcəkdim. Məsələ burasındadır ki, hətta nazirlərin və baş nazirlərin görüşlərində smartfonlar olur. İnsanlar müzakirələr zamanı onlardan istifadə edirlər. Eşitmək istəyənlər hər şeyi eşidir", - deyə Orban bildirib.
O əlavə edib ki, yalnız nadir hallarda müzakirələr zamanı bütün iştirakçıların telefonları toplanaraq salondan çıxarılır.
Oxşar Mövzular

Gürcüstan Ermənistanla sərhəd yolunu bağladı
9-01-2026, 12:29Makronun qərarı Avropanın üç dövlətini hiddətləndirib
18-02-2025, 12:48
