Cümə
Dek 05

Yeni Zelandiyada bədbəxt hadisə: Uşaqlar bağçada kimyəvi yanıqlar alıblar

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Yeni Zelandiyada uşaq bağçasında uşaqlar da daxil olmaqla, ən azı altı nəfər kimyəvi yanıqlar alıb.

King.Az-ın xəbərinə görə, bu barədə "Radio New Zealand" (RNZ) məlumat verib.

Məlumata görə, ölkənin Cənub adasının şərq sahilində yerləşən Kraystçerç şəhərindəki uşaq bağçasında su sürüşkənində kimyəvi maddələrdən düzgün istifadə edilməyib bu isə müxtəlif dərəcəli yanıqlara səbəb olub.

Ümumilikdə, 40 nəfər müayinə olunub və altı nəfər xəstəxanaya aparılıb. Onlardan beşi uşaqdır. Pasiyentlərdən birinin vəziyyətinin ağır, ikisinin isə orta ağır olduğu qeyd edilir.

"Hadisə yerində 18 fövqəladə xidmət qrupu, o cümlədən böyük insidentlər zamanı dəstək qrupu işləyir", - Milli Təcili Yardım Xidmətindən bildirilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.