0
Bazar
Apr 13

Tramp İranla danışıqlar barədə: "Bu mövzuda danışmaq xoşuma gəlmir"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Vaşinqton və Tehran arasında danışıqlar yaxşı irəliləyir".

King.Az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

O bildirib: "Danışıqlar yaxşı gedir. Amma nə qədər ki, hədəfə çatılmayıb, bu, heç nə ifadə etmir. Buna görə də bu mövzuda danışmaq xoşuma gəlmir".

Xatırladaq ki, aprelin 12-də Omanda Tehran və Vaşinqton nümayəndələri arasında İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin həlli ilə bağlı danışıqlar baş tutub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.