"Qarabağda bərpa işlərinin miqyası, eləcə də yeni yolların və binaların keyfiyyəti regionun sürətli dirçəlişini aydın şəkildə nümayiş etdirir".
King.Az "Report"a istinadla xəbər verir ki, bu barədə beynəlxalq səyyahlardan ibarət nümayəndə heyətinin tərkibində azad edilmiş əraziləri ziyarət edən Hindistandan olan səyyah Benni Prasad bildirib.
Səyyahın sözlərinə görə, bu, onun Qarabağa ikinci səfərdir və bu müddət ərzində baş verən dəyişikliklər böyük təəssürat yaradır: "Əvvəlki gəlişimdən bəri burada heyrətamiz dəyişikliklər baş verib. Yollar, binalar, ümumi atmosfer və şəhərin yenidən canlanması - bütün bunlar sadəcə heyranlıq doğurur".
Dünyanın bütün ölkələrinə səyahət etmək sürətinə görə dünya rekordu sahibi olan Benni Prasad qeyd edib ki, hansısa bir yeri xüsusi qeyd etmək onun üçün çətindir: "Marşrutun hər nöqtəsi özünəməxsus şəkildə unikaldır. Həm Ağdam, həm də Şuşa çox gözəldir, hər birinin özünəməxsus koloriti var".
Səyyah Azərbaycana yenidən gəlmək istədiyini bildirib. "Buranın insanları möhtəşəmdir. Mən çox istərdim ki, həyat yoldaşımla birlikdə bura yenidən gəlim və daha çox vaxt keçirim. Bu, dünyada daha uzun müddət qalmaq istədiyin yerlərdən biridir", - o deyib.
Oxşar Mövzular

Serbiya da vətəndaşlarını İranı tez tərk etməyə çağırdı
21-02-2026, 16:02
Gündəlik Bürclər-(23.06.2025)
23-06-2025, 00:00
