"ABŞ İranla bağlı baş verənlərin fonunda Ukrayna böhranının tənzimlənməsinə dair danışıqların Birləşmiş Ştatların ərazisində keçirilməsini təklif edir".
King.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə verdiyi müsahibədə bildirib.
Dövlət başçısının sözlərinə görə, Kiyev Vaşinqtonun bu təşəbbüsünü qəbul edir, ancaq Rusiya tərəfi Amerika Birləşmiş Ştatlarına getməkdən qətiyyətlə imtina edir:
"İranda cərəyan edən müharibəyə görə Amerika tərəfi hər iki dövləti ABŞ-də qəbul etmək niyyətində olduğunu bildirdi. Biz öz iştirakımızı təsdiq etdik, lakin ruslar belə bir formatın əleyhinədir. Bu səbəbdən də hələlik diqqətimizi Amerikaya cəmləməyə çalışır, tarix və məkan təklif edirik. Ukrayna istənilən tarixi və yeri dəstəkləməyə hazırdır, lakin Rusiyanı qəti şəkildə dəstəkləməyəcək".
Eyni zamanda, Zelenski müsahibəsində qeyd edib ki, İrandakı hərbi vəziyyətə rəğmən Ukrayna və Rusiya danışıqlar qrupları amerikalı rəsmilərlə gündəlik əlaqədədirlər.
Xatırladaq ki, fevralda Ukrayna-Rusiya-ABŞ üçtərəfli danışıqları Cenevrədə Oman səfirliyində keçirilib.
Oxşar Mövzular
Yamal Messi ilə məşhur şəkli barədə ilk dəfə danışdı
17-07-2025, 12:58KONKAKAF Kubokunun qalibi bəlli olub
7-07-2025, 13:02