Cümə axşamı
İyl 17

Yamal Messi ilə məşhur şəkli barədə ilk dəfə danışdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Barselona"nın hücumçusu Lamin Yamal argentinalı ulduz futbolçu Lionel Messinin onu uşaq vannada çimdirdiyinin yer aldığı məşhur fotoşəkli şərh edib.

King.Az bu barədə "Barca Universal" saytına istinadla xəbər verir.

"Messinin məni qollarında saxlamasından təəccüblənmişdim. Həmin vaxt nə etdiyimi bilmirəm, amma tarixin ən yaxşı futbolçusu ilə şəklimin olmasına görə çox şadam", - deyə Yamal söyləyib.

Xatırladaq ki, 2008-ci ildə "Barselona" əsas komandanın oyunçularının fotolarından ibarət təqvim dərc etmişdi. Fotoların birində Messi həmin vaxt beş aylıq olan Yamalı çimdirirdi.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.