Şənbə
Mar 14

Samvel Karapetyan ev dustaqlığında qalacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İrəvanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi martın 13-də iş adamı Samvel Karapetyanın ev dustaqlığının müddətini daha bir ay uzadıb.

King.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmə müdafiə tərəfinin bu qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı şikayətini də rədd edib.

Qeyd edək ki, Samvel Karapetyan 2025-ci ilin iyununda din xadimləri ilə hökumət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədikdən sonra saxlanılıb. İş adamı ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bunu siyasi təzyiq adlandırıb.

2025-ci ilin dekabrının sonunda məhkəmə onun barəsində seçilmiş qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.