Cümə axşamı
İyn 04

"Mançester Siti"nin ulduzu "Real Madrid"ə gedir? - Holandın ailəsindən açıqlama

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Mançester Siti"nin ulduz hücumçusu Erlinq Holandın atası Alfi və agenti Rafaela Pimenta futbolçunun "Real Madrid"ə mümkün keçidi barədə yayılan şayiələrə münasibət bildiriblər.

King.Az xəbər verir ki, bir müddət əvvəl "Real Madrid"in prezidentliyinə namizəd Enrike Rikelme seçiləcəyi təqdirdə norveçli forvardı komandaya cəlb edəcəyini iddia etmişdi.

İnsayder Fabritsio Romanonun Pimenta və Alfiyə istinadən yaydığı məlumatda isə bu iddialar təkzib edilib:

"Bütün bunlar çox gülməlidir, lakin həqiqəti əks etdirmir. Biz "Real Madrid"dəki seçkidə hər iki namizədə ən yaxşısını arzulayırıq".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.