Martın 14-də Biləsuvar rayonunun bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
King.Az xəbər verir ki, məhdudiyyət elektrik xətləri boyunca ağacların budanması və profilaktik işlərlə əlaqədardır.
Bildirilir ki, 10 kV-luq "Biləsuvar" yarımstansiyasından qidalanan 11 saylı hava xətti üzərində aparılan təmir-bərpa işləri səbəbindən həmin ərazidəki abonentlərin enerji təchizatı saat 10:00-dan 13:00-dək dayandırılacaq.
Təmir işləri yekunlaşdıqdan sonra elektrik enerjisinin verilişi tam bərpa olunacaq.
Oxşar Mövzular
Kainatda tək deyilik: Naməlum siqnallar mənbəyi aşkarlandı
29-05-2025, 11:34Yeni Papanın taxta çıxacağı tarix bəlli oldu
9-05-2025, 16:56
KİV: "Bayden vədini yerinə yetirmədi"
29-09-2024, 14:56