Cümə
May 09

Yeni Papanın taxta çıxacağı tarix bəlli oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Roma Papası XIV Leonun intronizasiyası (vəzifəsinə başlamasını əks etdirən hüquqi akt, sadə dillə - taxta çıxma - red.) mayın 18-də Müqəddəs Pyotr meydanında baş tutacaq.

King.Az xəbər verir ki, bu barədə Vatikanın Mətbuat Xidməti məlumat yayıb.

Bundan əvvəl XIV Leo diplomatik korpusun nümayəndələrini, Vatikanda son hadisələri işıqlandıran beynəlxalq jurnalistləri qəbul edəcək.

İntronizasiya mərasimində dünyanın müxtəlif ölkələrindən yüksəksəviyyəli nümayəndə heyətlərinin, o cümlədən dövlət, hökumət başçıları və dini liderlərin iştirakı gözlənilir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.