Cümə axşamı
Mar 12

Rusiyada "Crocus City Hall" terror aktından sağ çıxan kişi intihar etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Rusiyada "Crocus City Hall" konsert zalında baş verən terror aktından sağ çıxan kişi intihar edib.

King.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə zərərçəkənlərin vəkili Daniel Qotye məlumat verib.

Onun sözlərinə görə, kişi hücum zamanı yaralanıb, uzun və ağır müalicə alıb, lakin baş verənlərdən özünə gələ bilməyib və həyatına son qoyub.

Başqa bir zərərçəkən psixi problemlərlə üzləşib və yuxu pozğunluğundan əziyyət çəkib.

Vəkil qeyd edib ki, terror aktından zərər çəkən ən azı 100 nəfər hələ də psixoloqlarla reabilitasiyadan keçirlər, qəddar cinayətin bir çox şahidinin ixtisaslaşmış köməyə ehtiyacı var.

Məhkəmədə ifadə verən ekspert-psixoloq bildirib ki, zərərçəkənlərdə narahatlıq-depressiv pozğunluq müşahidə olunur, lakin qanuni olaraq bu, sağlamlıq üçün təhlükə hesab edilmir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.