Cümə axşamı
Mar 12

Yaxın Şərqdə münaqişə: Çin neft məhsulları ixracını dayandırdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Çin emal zavodlarına mart ayında neft məhsullarının ixracını dərhal dayandırmağı əmr edib. Belə qərar Yaxın Şərqdəki münaqişə ilə əlaqəli defisit (çatışmazlıq) riskləri fonunda daxili tədarüklərin qorunması məqsədilə verilib.

King.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi məsələ ilə tanış olan dörd mənbəyə istinadən məlumat verib.

Məlumata görə, direktiv ölkənin ən yüksək iqtisadi planlaşdırıcısı olan Milli İnkişaf və İslahatlar Komissiyası tərəfindən verilib və benzin, dizel yanacağı, aviasiya kerosini ixracına şamil edilir.

Çin dünyanın ən böyük yanacaq istehsalçıları və ixracatçılarından biridir və tədarüklərin məhdudlaşdırılması regional yanacaq bazarlarına təsir göstərə bilər.

Bu addım Yaxın Şərqdə münaqişənin dərinləşməsi ilə bağlı enerjidaşıyıcıların qlobal təchizatı üçün artan risklər fonunda atılıb.

Qeyd edək ki, "Brent" markalı neftin qiyməti martın 12-də təxminən 10% artaraq bir barel üçün 100 dolları keçib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.