ABŞ Prezidenti Donald Trampla vitse-prezident Cey Di Vensin İranla bağlı məsələdə fikir ayrılıqlarının olduğu bildirilir.
Bu barədə King.Az TASS-a istinadən məlumat verir.
Florida ştatının Doral şəhərində keçirilən mətbuat konfransında çıxış edən ABŞ prezidenti isə Venslə olan fikir ayrılıqları məsələsini inkar edib.
"Xeyr, xeyr. Düşünmürəm. Biz bu məsələdə çox yaxşı yola gedirik", - deyə D.Tramp əminliyini ifadə edib.
"Deyərdim ki, o, fəlsəfi cəhətdən məndən fərqli düşünür. Məncə, o, [əməliyyatın] perspektivlərinə daha az həvəsli idi. Amma mən inanırdım ki, bunu etməliyik. Başqa seçimimiz yoxdur ", - deyə Ağ Ev rəhbəri fikirlərinə aydınlıq gətirib.
Xatırladaq ki, əvvəllər həm D.Tramp, həm də Cey Di Vens ABŞ-nin Yaxın Şərqdə yeni əməliyyatlarına və ümumiyyətlə xaricdə hərbi qüvvənin aktiv istifadəsinə qəti şəkildə qarşı çıxıblar. ABŞ rəhbərliyinin İrana qarşı hərbi kampaniya başlatmaq qərarı MAGA hərəkatı da daxil olmaqla, Tramp tərəfdarları arasında uçurumu daha da dərinləşdirib.