Məşhur Hollivud aktyoru Corc Kluni Fransa vətəndaşlığını alıb.
King.Az-ın xəbərinə görə, bu barədə "Agence France-Presse" (AFP) nəşri məlumat verib.
Məlumata görə, Kluni ilə birlikdə onun həyat yoldaşı və iki uşağına da Fransa vətəndaşlığı verilib.
Daha əvvəl bildirildiyinə görə, aktyor Fransada daşınmaz əmlak əldə edib, ölkənin cənub-şərqində bir ərazi və üzüm bağı alıb, vaxtının çox hissəsini ailəsi ilə birlikdə orada keçirir.
Bundan əlavə, Kluni dəfələrlə Fransa mədəniyyətinə və tarixinə olan sevgisini vurğulayıb.
Oxşar Mövzular
İsrailin müdafiə naziri Tehran sakinlərini hədələdi
16-06-2025, 14:43
Gürcüstan XİN: "Qardaş Azərbaycanla həmrəyliyimizi ifadə edirik"
5-03-2026, 19:50Mikayıl Cabbarov Türkiyənin sənaye və texnologiyalar naziri ilə görüşüb
26-10-2024, 18:53