Bazar ertəsi
Mar 09

Şəxsi münasibətləri süni intellektlə həll etmək gənc nəslin emosional inkişafını ləngidə bilər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Z nəsli" münasibətlər barədə mürəkəb məsələləri çözmək üçün süni intellektdən getdikcə daha çox istifadə edir.

King.Az xəbər verir ki, ABŞ-nin "Common Sense Media" təşkilatının məlumatına görə, bu tendensiya gənc nəslin emosional inkişafını ləngidə bilər.

Təşkilat uşaqlar və yeniyetmələr üzərində texnologiya və medianın təsirini araşdırır.

Qurumun tədqiqat bölməsinin rəhbəri, doktor Maykl Robb xəbərdarlıq edib ki, şəxsi münasibətlərdəki problemlərin həllini süni intellektə həvalə etmək onsuz da müəyyən qədər təcrid olunmuş olan nəslin münasibətlərdəki çətinliklərə daha gec adaptasiyasına səbəb olur.

Mütəxəssislərin sözlərinə görə, bu tendensiya qismən "alfa nəsli"nə (2010-cu ildən sonra doğulanlar) və "millennial"lara (1981-1996-cı illərdə doğulanlar) da təsir edir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.