Şənbə
Mar 07

İlham Əliyev Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib.

King.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin "X" hesabında paylaşım edilib.

"İran dövləti tərəfindən Naxçıvana edilən hücumları qınadığına və Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə göstərdiyi dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm", - deyə paylaşımda bildirilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.