Şənbə
Mar 07

Loğman Məmiyev dövlət agentliyinə MÜŞAVİR TƏYİN OLUNDU

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.

King.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Loğman Məmiyev qurumun İdarə Heyətinin sədrinin müşaviri təyin edilib.

Bu barədə İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

Xəbəri AAYDA-nın mətbuat xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, Loğman Məmiyev "Binagadi Oil Company" şirkətində Kadrların idarəedilməsi və inzibati-ictimai fəaliyyət Departamentinin müdiri olub.

Xatırladaq ki, bu il fevral ayının 6-da Prezidentin sərəncamı ilə AAYDA-nın İdarə Heyətinin sədri təyin olunan Vüsal Nəsirli bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sabiq sədr müavini Zaur Kamal oğlu İbrahimovu özünə inzibati idarəetmə məsələləri üzrə məsləhətçi təyin etmişdi.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.