Səfirlik Naxçıvan Muxtar Respublikasına edilən hücumlardan sonra Azərbaycanla tam həmrəyliyini ifadə edir.
King.Az xəbər verir ki, bu barədə Belçikanın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, mülki şəxsləri təhlükə altına alan və Azərbaycanın suverenliyini, eləcə də beynəlxalq hüququ pozan bu hücumları qətiyyətlə pisləyirlər: "Zərərçəkənlərin isə tezliklə sağalmasını diləyirik".
Qeyd edək ki, martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumu olub. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
Oxşar Mövzular

İftar vaxtı – Ramazanın iyirmi üçüncü günü, 23 mart 2025-ci il
22-03-2025, 22:58
