Cümə axşamı
Mar 05

Fransa ABŞ təyyarələrinin Yaxın Şərqdəki bazalarından istifadəsinə icazə verdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Fransa rəsmi şəkildə ABŞ aviasiyasının Yaxın Şərq regionunda yerləşən hərbi obyektlərindən istifadə etməsinə müvəqqəti razılıq verib.

King.Az xəbər verir ki, bu barədə AFP agentliyi Fransa Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Baş Qərargah rəsmisi bildirib:

"ABŞ ilə əməkdaşlığımız çərçivəsində onların hərbi təyyarələrinin regiondakı bazalarımızda yerləşməsinə müvəqqəti olaraq imkan yaradılıb".

Məlumata əsasən, həmin təyyarələr Fransanın bölgədəki müttəfiqlərinin müdafiəsini gücləndirmək məqsədilə fəaliyyət göstərir. Hərbi bazaların dəqiq yerləşdiyi ərazilər barədə isə məlumat açıqlanmayıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.