Suriya Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana endirdiyi dron zərbələrini pisləyib.
King.Az xəbər verir ki, bu barədə Suriya XİN "X" sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda nazirlik İranın ballistik raketlər və dronlardan istifadə edərək Türkiyə və Azərbaycana zərbə endirmək cəhdini qətiyyətlə pisləyib.
Nazirlik vurğulayıb ki, bu hərəkətlər dövlətlərin suverenliyinin açıq şəkildə pozulmasıdır, regional və beynəlxalq təhlükəsizlik, sabitliyə təhdid yaradır.
Qeyd edilib ki, Suriya mülki şəxslərə və infrastruktura qarşı yönəlmiş zorakılıq və eskalasiyanı qəbul etmir, Türkiyə və Azərbaycanla tam həmrəyliyini ifadə edir və beynəlxalq ictimaiyyəti regionda sülh və təhlükəsizliyin təmin edilməsi üzrə öhdəliklərini yerinə yetirməyə çağırır.