ABŞ Milli Kəşfiyyatının sabiq direktoru Talsi Qabbard COVID-19-un mənşəyi ilə bağlı materiallar yayımlayıb və ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun keçmiş direktoru Entoni Fauçini Uhan Virusologiya İnstitutunda koronaviruslarla bağlı tədqiqatların maliyyələşdirilməsini gizlətməyə çalışmaqda ittiham edib.
King.Az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşdığı videomüraciətdə bildirib.
Qabbard vəzifədə olduğu son gün - iyunun 19-na keçən gecə COVID-19-la bağlı əvvəllər geniş ictimaiyyətə məlum olmayan materialları açıqladığını bəyan edib.
"COVID pandemiyasından əvvəl doktor Fauçi Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri kimi ABŞ vergiödəyicilərinin milyonlarla dollar vəsaitini Uhan Virusologiya İnstitutunda yarasaların koronavirusları üzərində təhlükəli dominant-mənfi mutasiyalar üzrə tədqiqatların maliyyələşdirilməsinə yönəldib. Hazırda bu işlər pandemiyaya səbəb olmuş laboratoriya sızmasının ehtimal olunan mənbəyi hesab edilir", - deyə o bildirib.
Qabbardın sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın maksimum şəffaflıq tələbinə uyğun olaraq, o, Fauçinin öz hərəkətləri, virusun laboratoriya mənşəyi və ABŞ maliyyəsinin bu tədqiqatlara yönəldilməsindəki rolunu gizlətmək məqsədilə rəsmi şəxslərlə əməkdaşlıq etdiyini göstərən yazışmaları və sənədləri açıqlayıb.
O, həmçinin iddia edib ki, Fauçi ABŞ kəşfiyyatının məlumatları ilə manipulyasiya edə, eləcə də SARS-CoV-2 virusunun mənşəyi ilə bağlı kəşfiyyatın gəldiyi nəticələri rəhbərliyə və ictimaiyyətə çatdırmağa çalışan xüsusi xidmət əməkdaşlarına təzyiq göstərə bilərdi.
Qeyd edək ki, pandemiya başlanarkən Uhan Virusologiya İnstitutunda Çində ən yüksək bioloji təhlükəsizlik səviyyəsi olan BSL-4 standartına uyğun sertifikatlaşdırılmış yeganə laboratoriya fəaliyyət göstərirdi.
Oxşar Mövzular
ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxa bilər
22-12-2024, 18:55
"Tottenhem"in baş məşqçisi: "İşimdən zövq almıram"
4-01-2026, 15:06
