Cümə axşamı
Mar 05

Küveyt sahillərində tankerdə MÜƏMMALI PARTLAYIŞ: Neft sızması baş verdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Küveyt sahillərində tankerdə baş verən partlayış neft sızmasına səbəb olub.

King.Az xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatlarının (UKMTO) idarəetməsində olan neft tankerlərindən birinin kapitanına istinadən məlumat yayılıb.

"Tankerin kapitanı güclü partlayış səsi eşidib. Partlayışdan sonra o, başqa bir kiçik gəminin ərazidən uzaqlaşdığını görüb.

Zədələnmiş tanker lövbər salıb. Gəminin zədələnməsi nəticəsində neft sızması baş verib və borta çoxlu miqdarda su dolub.

Tankerdə yanğın və ya heyət üzvlərinin xəsarət alması barədə məlumat yoxdur", - deyə UKMTO-dan bildirilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.