Avropa Prokurorluğu lüks avtomobillərin satışı zamanı əlavə dəyər vergisindən (ƏDV) yayınma ilə bağlı genişmiqyaslı fırıldaq sxeminin ifşa edildiyini açıqlayıb. Dəymiş zərər 103 milyon avro qiymətləndirilir.
King.Az xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında yayımlanıb.
Məlumata görə, Almaniya, İtaliya, Polşa və Çexiya da daxil olmaqla, Avropanın doqquz ölkəsində 150-dən çox ünvanda axtarış aparılıb.
Əməliyyat çərçivəsində Almaniya və Çexiyada doqquz nəfər saxlanılıb. Axtarışlar zamanı ümumi dəyəri 13.5 milyon avro olan bahalı avtomobillər, incəsənət əsərləri, nağd pul və digər əşyalar müsadirə edilib. Əməliyyata 1 100-dən çox hüquq-mühafizə əməkdaşı cəlb olunub.
Şübhəlilər lüks avtomobillərlə bağlı transsərhəd satış əməliyyatları və saxta şirkətlərdən istifadə edərək mürəkkəb sxem quraraq ƏDV ödənişindən yayınırdılar. Bu fəaliyyətin 2017-2025-ci illəri əhatə etdiyi qeyd olunur.
Oxşar Mövzular
İngiltərə klubu loqotipini dəyişir
10-05-2025, 12:14La Liqa: "Real Madrid" "Barselona"nı ötə bilmədi
15-12-2024, 11:10