Ramazan ayının ikinci gününün İmsak, İftar vaxtları və Duaları
20.02.2026-cı il.
İmsak vaxtı: 06:03
İftar vaxtı:18:35
İkinci günün imsak duası:
"Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin".
Tərcüməsi:
"İlahi, məni bu ayda öz rizana yaxınlaşdır, qəzəbindən və intiqamından bu ay məni uzaq et. Ey rəhmlilərin rəhmlisi, məni bu ayda öz ayələrini oxumağa müvəffəq et! Amin!"
İftar duası:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".
Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"
Allah orucunuzu qəbul eləsin!
Oxşar Mövzular
ABŞ-da Avropanı "təsəlli edəcək" mümkün liderin adı açıqlandı
9-03-2025, 17:02