Cümə axşamı
Mar 05

Qars valisi Ziya Polat: "Qarsdakı soydaşlarımızın ümidi tezliklə Zəngəzur dəhlizi ilə Bakıya çatmaqdır"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Qarsdakı soydaşlarımızın ümidi, tezliklə Zəngəzur dəhlizi ilə Bakıya çatmaqdır".

King.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Qars valisi Ziya Polat bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi türk dövlətlərinin yolları ilə bərabər, mənəvi dünyasını da bir-birinə bağlayacaq: "Qars Türkiyənin Qafqaza açılan qapısıdır. Qarsın güclü olması Türkiyənin və türk dünyasının güclü olması deməkdir. Dövlət başçılarımızın liderliyində Zəngəzur dəhlizinin tezliklə açılmasını arzu edirik".

Ziya Polat onu da qeyd edib ki, hazırda hava şəraitinin sərt keçməsinə rəğmən Qars-İğdır-Aralık-Dilucu yüksəkstandartlı dəmir yolunun tikintisi davam edir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.