0
Çərşənbə axşamı
Yan 14

Tramp Kaliforniyada meşə yanğınlarının vurduğu ziyanı nüvə zərbəsi ilə müqayisə etdi

HASANLY
"ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində baş verən meşə yanğınlarının miqyası nüvə zərbəsinin vurduğu ziyanı üstələyir".

King.Az-ın xəbərinə görə, bu sözləri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp "Newsmax" telekanalına müsahibəsində deyib.

"Vəziyyət televiziyada gördüyünüzdən daha pisdir. Hesab edirəm ki, oradakı dağıntılar nüvə zərbəsinin verəcəyi dağıntılardan daha böyükdür", - deyə o qeyd edib.

Tramp, həmçinin, ölənlərin sayının əhəmiyyətli dərəcədə artacağını da güman edir.

Xatırladaq ki, yanvarın 7-də Los-Anceles dairəsində meşə yanğınları sürətlə yayılmasına, meteoroloqların sözlərinə görə, quru və çox küləkli hava səbəb olub. Yanğınların ümumi sahəsi 16 min hektarı ötüb. Alov 12 300-dən çox tikilini, o cümlədən məşhurların prestijli rayonlarda yerləşən mülklərini məhv edib. Baydenin oğlu Hanter, aktrisa və model Peris Hilton, aktyor və rejissor Mel Gibsonun evləri yanıb. Son məlumatlara görə, 24 nəfər ölüb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.