Gəncədə "şortik" mübahisəsi qanla nəticələnib.
King.Az Baku TV-yə istinadən xəbər verir ki, şəhərin Adilxan Ziyadxanov küçəsində yerləşən yataqxanada kirayədə yaşayan Samux rayon sakini, 54 yaşlı İlimşah Şahvələdov "şortik" geyindiyinə görə həyətdəki gənclər onunla mübahisə ediblər.
Bu zaman kişiyə bir neçə bıçaq xəsarəti yetirilib.
"Eşitdiyimə görə, kişiyə deyiblər ki, ayıbdır, camaat baxır, niyə "şortik"lə küçəyə çıxıbsan? Ona görə, mübahisə yaranıb. Deyəsən, hadisəni törədənlər sərxoş olublar", - qonşu Amid Həsənov deyib.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində İlimşah Şahvələdova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Emin Quliyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar Mövzular

Müğənni Vera Brejneva yeni sevgilisini göstərdi
6-01-2025, 11:06
Şahzadə Uilyamdan qardaşına şərt: "Meqandan boşan, barışaq"
28-05-2025, 12:47