0
Bazar ertəsi
Mar 10

Ərdoğan Azərbaycan Prezidenti ilə görüşü barədə danışıb

HASANLY
"Iğdır-Naxçıvan qaz kəməri sayəsində biz ən azı 30 il ərzində Naxçıvanın təbii qaza olan bütün tələbatını qarşılayacağıq".

King.Az "Milliyet" qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

"Martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin səfəri zamanı Iğdır-Naxçıvan qaz kəmərinin açılışını həyata keçirdik. Həmçinin qardaşım İlham Əliyev ilə başda Ermənistanla sülh danışıqları olmaqla, bir çox mühüm məsələlər ətrafında fikir mübadiləsi apardıq", - deyə Türkiyə lideri vurğulayıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.