Çərşənbə axşamı
Mar 03

"Xiaomi" elektromobil istehsalı zavodunda humanoid robotdan istifadə edib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Xiaomi" elektromobil istehsalı zavodunda humanoid robotun tətbiqinə başladığını elan edib.

King.Az speedme.ru-ya istinadən xəbər verir ki, robot tökmə sexində yivli qaykaların quraşdırılması stansiyasında üç saat ərzində avtonom rejimdə uğurla fəaliyyət göstərib.

Şirkətin məlumatına görə, əməliyyatların uğurla icra səviyyəsi 90.2 faiz təşkil edib, istehsal dövrü isə 76 saniyə olub. Robotun yerinə yetirdiyi tapşırıqlara bərkidici elementlərin dəqiq tutulması, düzgün mövqeləndirilməsi və detalların inteqrə olunmuş tökməsindən sonra avtomatik şəkildə sıxılması daxil olub.

Robotun idarə olunması üçün "Xiaomi"nin özünün hazırladığı "Xiaomi-Robotics-0" adlı VLA modeli istifadə edilib. Sözügedən model 4.7 milyard parametrə malikdir və möhkəmləndirici öyrənmə texnologiyası əsasında tətbiq olunur.

Şirkət bildirib ki, bu addım avtomobil istehsalında humanoid robotların genişmiqyaslı tətbiqinə doğru ilk mərhələdir. Gələcəkdə robotların digər yığım sahələrində də istifadəsi planlaşdırılır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.