Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 18 min 557.97 ton tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.
King.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu mal qrupu üzrə ixracın ümumi dəyəri 29 milyon 650.89 min dollar olub. Ölkənin ümumi ixracatında tərəvəz və meyvələrin emal məhsullarının payı 0.14 faiz, qeyri-neft sektorunu üzrə isə 0.99 faiz təşkil edib.
2024-cü ilin ilk 10 ayında ölkə bu kateqoriya üzrə 20 min 459.84 ton, dəyər ifadəsində isə 29 milyon 108.56 min dollar məhsul ixrac olunub. 2025-ci ilin 10 ayında meyvə-tərəvəz emalı məhsullarının ixracı miqdar baxımından ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 9.3% az olsa da, dəyər baxımından təxminən 500 min dollar çox olub.
Oxşar Mövzular
Alan Walker Style, Ashlee - LOST AND FOUND (Cover, Music Video)
15-12-2024, 18:06Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
11-10-2025, 16:02UEFA Millətlər Liqası: Seçmə komandalar cavab görüşünə çıxacaqlar
23-03-2025, 17:40