Şənbə
Fev 28

Ağdamda ailə davası: 63 yaşlı kişi oğlu ilə birlikdə qardaşını döydü

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ağdam rayonunda 63 yaşlı kişi oğlu ilə birlikdə qardaşını döyüb.

King.Az-ın məlumatına görə, hadisə rayonun Əfətli kəndində baş verib. Kənd sakini, 1963-cü il təvəllüdlü Müzəffər Ağayev (soyadı şərtidir) həyətindəki alaq otlarını təmizləyərək küçəyə atıb. O, həmin alaq otlarını qardaşı Nərimanın həyətinə gedən su borusunun üstünə yığaraq, od vurub yandırıb. Alovun təsirindən Nərimanın həyətinə gedən su borusu yararsız vəziyyətə düşüb və onun evinə gedən su kəsilib. Nəticədə Nərimanla Müzəffər arasında mübahisə yaranıb. Mübahisə zamanı hadisə yerinə Müzəffərin oğlu Elvin də gəlib, ata-oğul birlikdə Nərimanı döyüb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Hadisə yerinə polis əməkdaşları gəliblər və ata-oğul saxlanılıblar. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.

Ağdam Rayon Məhkəməsinin qərarı ilə hadisəni törətməkdə təqsirləndirilən M.Ağayev və Elvinə "Konstitusiya və Suverenlik İli" münasibəti ilə elan edilən Amnistiya aktı tətbiq edilib və onlar cinayət məsuliyyətində azad olunublar.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.