0
Çərşənbə axşamı
yan 14

İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı

HASANLY
İranəsilli Almaniya vətəndaşı Nahid Təqvi İran həbsxanasında dörd il həbsdən sonra azadlığa buraxılıb.

King.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə onun qızı Məryəm Klaren özünün "X" hesabından paylaşım edib.

"Bitdi. Anam azadlığa buraxıldı", - deyə o sosial şəbəkə hesabından yazıb.

Almaniyanın xarici işlər naziri Annalena Berbok isə özünün "X" hesabında Nahid Təqvinin ailəsini qucaqlaya bilməsini böyük sevinc adlandırıb.

Qeyd edək ki, Almaniya vətəndaşı 69 yaşlı Nahid Təqvi 2019-cu ilin oktyabrında Tehrandakı evində SEPAH qüvvələri tərəfindən saxlanılıb və 7 aydan çox təkadamlıq kamerada tutulub.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.