Braziliyanın Uba şəhərində daşqın zamanı tabutlar küçələrlə üzməyə başlayıb.
King.Az bu barədə "G1" portalına istinadən xəbər verir.
Minas-Jerays ştatında yerləşən şəhərə güclü yağışlar yağıb. Daşqın nəticəsində, o cümlədən dəfn bürosunu da su basıb.
Müəssisənin anbarından bir neçə tabutu su aparıb, bundan sonra sel axını onları küçəyə çıxarıb.
Təbii fəlakət səbəbindən ştatda fövqəladə vəziyyət rejimi elan edilib. Həlak olanların sayı 48 nəfərə çatıb.
Oxşar Mövzular
Qəhvədən daha yaxşı gümrahlıq verən içki: Çay və ya kakao deyil
12-04-2025, 14:57