0
Cümə
Apr 11

"Real Madrid"in keçmiş baş məşqçisi vəfat etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Real Madrid" komandasının və Niderland yığmasının sabiq baş məşqçisi Leo Beenhakker 83 yaşında vəfat edib.

King.Az xəbər verir ki, bu barədə NOS mütəxəssisin ailəsinə istinadən məlumat yayıb.

L.Beenhakker cümə axşamı dünyasını dəyişib.

L.Beenhakker Niderlandın "Ayaks", "Feyenoord" və "Vitess", İspaniyanın "Saraqosa" və "Real Madrid" klublarını, Niderland, Səudiyyə Ərəbistanı və Trinidad və Tobaqo yığmalarını çalışdırıb.

Onun rəhbərlik etdiyi sonuncu komanda Polşa millisi olub (2006-2009-cu illər).

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.