Böyük Britaniya Kralı III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor ən sevdiyi hobbilərdən biri olan at üzərində gəzintidən məhrum edilib.
Bu barədə King.Az "The Sun" nəşrinə istinadən məlumat verir.
Bildirilir ki, bu tövsiyə çox güman ki, kral ailəsinin müşaviri tərəfindən mənfi imicdən yayınmaq məqsədilə verilib.
Nəşrin mənbəsi əlavə edib ki, Endryuya qoyulmuş bu qadağa onun ötən həftə saxlanılmasında sonra tətbiq olunub. Hazırda keçmiş şahzadənin yaşadığı Şərqi İngiltərədəki Sandrinqem mülkü ciddi jurnalist nəzarəti altındadır.
Xatırladaq ki, Endryu Mauntbatten-Vindzor fevralın 19-da vəzifəsindən sui-istifadə etmək şübhəsi ilə saxlanılıb. Versiyalardan biri onun dövlət sirlərini amerikalı maliyyəçi Ceffri Epşteynə açıqladığı yönündədir. Hazırda Endryu ölkəni tərk etməmək barədə yazılı öhdəliklə azadlığa buraxılıb.
Oxşar Mövzular

Günəşdə güclü partlayışlar baş verə bilər
8-02-2026, 21:20Yatmazdan əvvəl meyvələrdən imtina etmək niyə vacibdir?
21-12-2024, 13:10
