Şənbə
Apr 05

"Formula-1" üzrə Yaponiya Qran-prisi: Sıralanma turunun qalibi bəlli oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Formula-1" üzrə Yaponiya Qran-prisində sıralanma turunun qalibi müəyyənləşib.

King.Az xəbər verir ki, əfsanəvi Suzuka avtodromunda baş tutan sessiyada ən yaxşı nəticəni "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen göstərib.

Bununla Maks gündoğan ölkədə ardıcıl 4-cü dəfə pouldan start almaq hüququ qazanıb. "Red Bull" bolidində çalışan "Honda" mühərrikinin ev meydanında niderlandlı sürücü karyerasında 41-ci dəfə poul qazanıb - sonuncu dəfə Maks keçən il "Red Bull"un evində, Avstriyada pouldan start almışdı.

Maks həlledici dövrəsində həftəsonunun favoritləri hesab olunan "Maklaren" komandasının sürücülərini çox cüzi fərqlə üstələyib - Lando Norris liderə cəmi 0.012 saniyə, Oskar Piastri isə 0.044 saniyə uduzublar.

Qeyd edək ki, Yaponiya Qran-prisində əsas yarış sabah, Bakı vaxtı ilə saat 9:00-da start götürəcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.