Cümə axşamı
Fev 26

ABŞ bayrağı altında üzən kater Kuba gəmisinə atəş açıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ bayrağı altında üzən kater Kuba ərazi sularına daxil olaraq atəş açıb.

King.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, açılan atəş nəticəsində Kubaya məxsus gəminin komandiri yaralanıb. Qarşıdurma nəticəsində hücum edənlərdən dörd nəfər zərərsizləşdirilib, altı nəfər isə yaralanıb.

Bildirilir ki, kater Vilya-Klara əyalətində El-Pino kanalı yaxınlığında, sahildən təxminən bir dəniz mili məsafədə aşkarlanıb. Onu Kuba Daxili İşlər Nazirliyinin sərhəd qoşunlarının beşnəfərlik bölməsi saxlayıb.

Atışma zamanı yaralanan şəxslər hadisə yerindən təxliyə olunublar.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.