Cümə axşamı
Noy 06

Paşinyan: "Azərbaycandan Türkiyəyə yüklərin tranzitini təmin etməyə hazırıq"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ermənistan Azərbaycandan Türkiyəyə və əks istiqamətdə avtomobil yolu ilə yüklərin tranzitini təmin etməyə hazır olduğunu təsdiqləyib.

King.Az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan noyabrın 6-da hökumətin iclasında bildirib:

"Bir daha təsdiq edirəm ki, Ermənistan bu gündən və sabahdan etibarən Marqaradan Kornidzora və əks istiqamətə - Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana avtomobil yolu ilə yüklərin tranzitini təmin etməyə hazırdır. Biz tam hazırıq. Əgər yarım saat ərzində həm Kornidzor tərəfindən, həm də Marqaran tərəfindən sərhəd məntəqəsinə yük maşını yaxınlaşarsa, biz sərhəd keçid məntəqəsinə xidmət etməyə hazırıq".

O, həmçinin Rusiya buğdasının Azərbaycan vasitəsilə Ermənistana çatdırılmasını tarixi hadisə adlandırıb.

"İndi Qazaxıstan-Rusiya-Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu ilə ikinci qatarı gözləyirik", - deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, bu, Vaşinqtonda əldə edilmiş razılaşmaların həyata keçirilməsi baxımından mühüm mərhələdir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.