Çərşənbə
Fev 25

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək ona dörd fiziki şəxs və üç təşkilat əlavə edib.

King.Az xəbər verir ki, bu barədə Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatında bildirilir.

Siyahıya Rusiya vətəndaşları Sergey Zelenyuk, Oleq Kuçerov və Marina Vasanoviç, habelə Özbəkistan vətəndaşı Azizjon Mamoşoyev daxil ediliblər.

ABŞ Maliyyə Nazirliyi həmçinin BƏƏ-də qeydiyyatdan keçmiş "Advance Security Solutions" və "Special Technology Services LLC FZ" şirkətlərinə, eləcə də Rusiyanın MATRIX LLC şirkətinə qarşı məhdudiyyətlər tətbiq edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.