Bazar
Avq 24

Rusiyanın Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

King.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Sizə olan ən yüksək ehtiramımı və doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, çoxtərəfli fəaliyyətinizdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram.

Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafına göstərdiyiniz daimi diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

İnanıram ki, Həştərxan vilayəti ilə Azərbaycan Respublikasını birləşdirən işgüzar tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmət bundan sonra da hərtərəfli şəkildə möhkəmlənəcəkdir".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.