Çərşənbə axşamı
Fev 24

Aİ Rusiyanın Brüsseldəki nümayəndəliyinin əməkdaşlarının sayını azaltdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Rusiyanın Avropa İttifaqı (Aİ) yanındakı daimi nümayəndəliyinin əməkdaşlarının maksimal sayını 40 nəfərlə məhdudlaşdırmaq qərarına gəldiyini elan edib.

King.Az Meduza.io-ya istinadən xəbər verir ki, o, bu barədə Aİ XİN rəhbərlərinin görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

O əlavə edib ki, Avropa Komissiyası ilə birlikdə "yüzminlərlə potensial keçmiş rusiyalı əsgərin Şengen zonasına daxil olmasının qarşısını almaq" üzərində işləyir.

"Biz hərbi cinayətkarların və diversantların küçələrimizdə dolaşmasını istəmirik", - deyə o qeyd edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.