Çərşənbə axşamı
Fev 24

"İnsanabənzər robotlar uşaqlarla müqayisə edilə bilər" - Şirkət rəhbərindən maraqlı açıqlama

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"İnsanabənzər (humanoid) robotlar inkişaf baxımından uşaqlarla müqayisə edilə bilər".

King.Az-ın "RİA Novosti" agentliyinə istinadən xəbərinə görə, bu barədə Çinin "Unitree Robotics" şirkətinin təsisçisi Van Sinsin danışıb.

"Hazırda robototexnika 10 yaşlı uşaq səviyyəsindədir. Hər il davamlı texnoloji irəliləyişlər baş versə də, genişmiqyaslı tətbiq üçün əvvəlki kimi vaxt tələb olunur. Bunun üçün ən azı 3-5 il lazım olacaq, lakin bu müddət 10 ili keçməyəcək", - deyə Van Sinsin bildirib.

Qeyd edək ki, fevralın 17-də şirkət tərəfindən istehsal olunan insanabənzər robotlar "döyüş sənəti bacarıqlarını" nümayiş etdiriblər. Söhbət maşınların sürətli hərəkət etmək və tarazlığı qorumaq qabiliyyətini göstərmək üçün hazırlanmış xoreoqrafik performansdan gedir.

Robotlar, həmçinin xüsusi əməliyyat zonalarında da istifadə olunur. Xüsusilə onlar yanacağın daşınması üçün tətbiq edilir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.