Çərşənbə axşamı
Dek 16

ABŞ-də damba uçdu - Onminlərlə sakinin təxliyəsi qərarı verildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ-nin Sietl şəhəri yaxınlığındakı Kinq qraflığında çayın dambası uçub.

King.Az "Daily Mail"ə istinadən xəbər verir ki, hadisə səbəbindən 46 mindən çox insanın təxliyəsi ilə bağlı göstəriş verilib.

Bildirilib ki, hadisəyə leysan yağışları səbəb olub.

Dambanın uçması nəticəsində 12 qraflıqda daşqın təhlükəsi elan olunub.

Rəsmilər güclü yağışların davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.