Çərşənbə axşamı
Fev 24

Almaniyada təqaüdçünün Merts barədə zarafatına görə araşdırma başlanıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Almaniya hüquq-mühafizə orqanları Kansler Fridrix Mertsi internetdə "Pinokkio" ilə müqayisə edən təqaüdçüyə qarşı cinayət işi açıb.

King.Az xəbər verir ki, bu barədə "Heilbronner Stimme" qəzeti məlumat yayıb.

Haylbronn şəhər sakini ötən ilin oktyabrında "Facebook" hesabında polisin hökumət başçısının səfəri ilə əlaqədar hava məkanında müvəqqəti məhdudiyyətlərin tətbiqi barədə paylaşımına "Şəhərə "Pinokkio" gəlir" deyə şərh yazıb.

Təqaüdçü bunu zərərsiz zarafat hesab etsə də, yanvarda ona rəsmi istintaqın başlanması barədə bildiriş göndərilib. O, Almaniya Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən, kansleri təhqir etməkdə şübhəli bilinir.

Qeyd olunur ki, Merts daha əvvəl də "Pinokkio" adlandıranlar olub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.